Jota zədələndi

Jota zədələndi

“Liverpul”da itki baş verib. Klubun hücumçusu Dioqo Jota mövsümöncəsi təlim-məşq toplanışında zədələnib.

Portuqaliya millisinin üzvü bud nahiyəsindən xəsarət alıb. Ötən mövsümün sonlarından ağrıları olan 26 yaşlı forvard zədəsini təzələyib. Onun İngiltərə Superkuboku uğrunda “Mançester Siti”yə qarşı matçda iştirakı gözlənilmir.

Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” görüşü iyulun 30-da Lesterdə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Lester” Dolberqlə maraqlanır

Növbəti yazı

“Yuventus” De Liqti satmaq istəmir