Jota məşqlərə başladı

Jota məşqlərə başladı

“Liverpul”un futbolçusu Dioqo Jota məşqləri bərpa edib. Bunu baş məşqçi Yurgen Klopp açıqlayıb.

Alman mütəxəssis bildirib ki, zədə səbəbindən uzun müddət kənarda qalan yarımmüdafiəçi komandaya qoşulub. 26 yaşlı futbolçu 23-cü turun “Everton”la görüşündə meydana da çıxa bilər.

Qeyd edək ki, Dioqo 11-ci turun oktyabrda “Mançester Siti”yə qarşı matçından sonra meydana çıxmayıb.

ETOPAZ

Əvvəlki yazı

Ançelotti braziliyalılara razılıq verdi

Növbəti yazı

“Milan” uğursuzluğa son qoydu