Jota ”Əl-İttihad”da
“Əl-İttihad” portuqaliyalı hücumçu Jota Neveşi transfer edib. “Seltik” bu keçiddən 30 milyon avro qazanıb.
Jota ilə 2026-cı il iyunun sonunadək müqavilə imzalanıb. Forvard Şotlandiya çempionatının son mövsümündə 15 qol və 12 ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun klubla 2027-ci ilədək müqaviləsi olsa da, sərfəli təklifdən imtina olunmayıb.