Jorjinyo “Flamenqo” yolunda

Jorjinyo “Flamenqo” yolunda

Jorjinyo “Flamenqo” ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. “Arsenal”la müqaviləyə xitam verməsi gözlənilir.

İtaliya yığmasının yarımmüdafiəçisi karyerasını Braziliyada davam etdirməyə çox yaxındır. Əgər London klubu onu indi buraxmasa, Jorjinyo yayda sərbəst agent kimi “Flamenqo”ya qoşulacaq. O, bu mövsümdə bütün turnirlərdə 20 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, az əvvəl “Qarabağ”ın hücumçusu Juninyo Olavio Braziliya təmsilçisi ilə müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Növbəti yazı

Günün kuponu – 31.01.2025