Jorjinyo “200”ə çatdı
“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo Çempionlar Liqasında “Milan”la oyunda (2:0) fərqlənməyi bacarıb. O, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Həmçinin, 30 yaşlı italiyalı yubileyinə imza atıb. O, londonluların heyətində bütün yarışlarda 200-cü oyununu keçirib.