Joao Feliksin İngiltərə xəyalı
Portuqaliya millisinin futbolçusu Joao Feliks “Atletiko”nu tərk etməyə qərar verib. İcarə əsasında “Çelsi”də çıxış edən hücumçu İngiltərədə qalmaq niyyətindədir.
O, Premyer Liqa klublarından birinə keçməyi planlaşdırır. Feliks “Çelsi”də deyil, Çempionlar Liqasında mübarizə aparacaq klubların birində forma geyinmək arzusundadır.
23 yaşlı futbolçu cari mövsüm “Atletiko” və “Çelsi”də ümumilikdə 37 oyun keçirib. Portuqaliyalının hesabında 8 qol var.
Joaonun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.