Joao Feliks satılır
“Çelsi” futbolçusu Joao Feliksə satışı üçün komanda axtarır. Konfrans Liqasının qalibi mövsümün ikinci hissəsini icarə əsasında “Milan”da keçirən portuqaliyalı ilə vidalaşmaq arzusundadır.
London klubu bununla bağlı “Benfika” ilə danışıqlar aparır. Lissabon təmsilçisi 25 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, “Çelsi” satışın tərəfdarıdır.
Joao 2015-2019-cu illərdə “Benfika”da çıxış edib. O, 2024-cü ilin yanvarında “Çelsi”yə keçib.