Jiruya Amerikadan müştəri
“Milan”da ayrılıq baş verməyə yaxındır. Komandanın hücumçusu Olivye Jiru karyerasını Amerikada davam etdirəcək.
37 yaşlı futbolçu “Los Anceles”lə müqavilə imzalamağa razılaşıb. Sözləşmə 1 il yarım müddətinə etibarlı olacaq və uzadılma variantını ehtiva edəcək. Futbolçunun maaşı ildə 3 milyon avro olacaq.
Onun 2024-cü il Avropa çempionatından sonra azad agent kimi MLS təmsilçisinin heyətinə qoşulacağı gözlənilir.