Jiru qeyri-müəyyənlikdə

Jiru qeyri-müəyyənlikdə

“Milan”ın hücumçusu Olivye Jiru yenidən zədələnib. 36 yaşlı fransalının vətərində problem yaranıb.

Bu səbəbdən də mərkəz hücumçusu Çempionlar Liqasının 1/4 finalında “Napoli” ilə cavab matçını buraxa bilər. Hazırda onun durumu qeyri-müəyyənlikdədir.

Qarşılaşma sabah keçiriləcək.

Qeyd edək ki, ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən “Milan” səfərdə çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Roberto 5 həftə oynamayacaq

Növbəti yazı

Mbappe Kavanini keçdi