Jiru Blanı geridə qoydu
37 yaşlı Olivye Jiru daha bir rekorda imza atıb. O, Çempionlar Liqasında qol vuran ən yaşlı fransalı futbolçu olub.
“Milan”ın forvardı qrup mərhələsinin 4-cü turunun PSJ ilə görüşündə (2:1) qələbə qoluna imza atıb. 37 yaş 38 günlüyündə fərqlənən hücumçu Loran Blanı geridə qoyub. O, 36 yaş 338 günlüyündə fərqlənmişdi.