Jezuş “Əl-Nəsr” yolunda

Jezuş “Əl-Nəsr” yolunda

“Əl-Nəsr”in yeni baş məşqçisi bəlli olub. Səudiyyə Ərəbistanı təmsilçisini Jorje Jezuş çalışdıracaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Keçiddə “Əl-Nəsr”in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun vasitəçi olduğu bildirilir. Jezuş bu postda Stefano Piolini əvəz edəcək.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində “Əl-Hilal”ı tərk edib.

ETOPAZ

Əvvəlki yazı

Lukman Premyer Liqa klublarının hədəfində

Növbəti yazı

“Sabah”dan qollu heç-heçə