Jezuş “Real”ın maraq dairəsində
“Arsenal”ın hücumçusu Qabriel Jezuş “Real”ın maraq dairəsinə düşüb. Madrid klubu onu yayda heyətinə qatmağı planlaşdırır.
Braziliyalının keçidi ötən yay reallaşa bilərdi. Lakin onun legioner olması ispaniyalıları gözləməyə vadar edib.
Amma baş məşqçi Karlo Ançelotti cənubi amerikalını sərəncamında görməkdə israrlıdır. O, Qabrielə Kərim Benzemanın əvəzləyicisi gözü ilə baxır.