Jesus Braziliya millisində

Jesus Braziliya millisində

Braziliya yığmasının yeni baş məşqçisinin adı dəqiqləşib. Mətbuatda “sambaçılar”a Jorje Jesusun başçılıq edəcəyini açıqlayıb.

“Əl Hilal”a rəhbərlik edən portuqaliyalı mütəxəssislə danışıqların başa çatdığı bildirilib. Jesusun mayın sonunda Braziliya yığmasının baş məşqçisini təyin olunacağı gözlənilir. Bu təyinat üçün Braziliya Futbol Konfederasiyası Səudiyyə Ərəbistanı klubuna 2,5 milyon avro təzminat ödəyəcək.

70 yaşlı məşqçinin Braziliya təcrübəsi var. O, 2019-2020-ci illərdə “Flamenqo”ya rəhbərlik edib.

Qeyd edək ki, Braziliya yığmasının baş məşqçisi Junior Dorival DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Bu vəzifəyə namizədlər arasında “Real”ı çalışdıran Karlo Ançelottinin də adı çəkilir.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un yeni planı

Növbəti yazı

Günün kuponu – 10.04.2025