Jasmin Romada çempion oldu

Jasmin Romada çempion oldu

Roma WTA-1000 Masters turnirində final matçı keçirilib. Həlledici görüşdə yerli Jasmin Paolini ilə amerikalı Kok Qauff qarşılaşıblar.

Paolini doğma publika önündə karyerasının ikinci böyük titulunu qazanıb. O, hər iki setdə rəqibini məğlub edib – 6:4, 6:2. Bununla da, Jasmin 1985-ci ildən sonra İtaliya paytaxtında qələbə qazanan ilk yerli tennisçi olub. 40 il əvvəl Rafaella Reci Romadakı turnirdə birinci yeri tutub.

Qeyd edək ki, Paolini sabah Sara Errani ilə cütlərin yarışında daha bir final oynayacaq. Onların rəqibləri Veronika Kudermetova və Elis Mertens olacaqlar.

ETOPAZ

Əvvəlki yazı

Qvardioladan antirekord

Növbəti yazı

Modriç “Real”da qalacaq?