Jaqara NBA-dan böyük maraq

Jaqara NBA-dan böyük maraq

Latviya millisinin basketbolçusu Artur Jaqar karyerasını NBA-da davam etdirə bilər. 23 yaşlı basketbolçunun dünya çempionatında göstərdiyi oyun onun NBA klublarının maraq dairəsinə düşməsi ilə nəticələnib.

Müdafiəçi komandasının 5-ci yeri tutmasında əsas pay sahiblərindən biri kimi fərqlənib. O, orta hesabla 12,4 xal, 2,6 ribaund və 7,4 ötürməyə imza atıb.

Artur bir matçdakı ötürmə sayında çempionatlar tarixinin rekorduna imza atıb. O, Litva ilə görüşdə 17 ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Xavi ilə yeni müqavilə

Növbəti yazı

Milliyə üç namizəd