Jailson ABŞ klubunda

Jailson ABŞ klubunda

“Fənərbaxça”nın sabiq futbolçusu Jailsonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını MLS-də davam etdirəcək.

Yarımmüdafiəçi “Los Anceles Qalaksi” ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, braziliyalı oyunçu ilə bu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu 2018-20-ci illərdə “Fənərbaxça”nın heyətində çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

”Bayer” üçün “Real” variantı

Növbəti yazı

AFFA-dan klublara cəza