İznerdən dünya rekordu
Con İzner tennis tarixində yeni rekorda imza atıb. 37 yaşlı tennisçi ATP turunda ən çox eys edən oyunçu olub.
O, “Uimbldon”un 3-ü mərhələsində rekordu yeniləyib. İlk iki qeymdəki 7 eys sayəsində İznerin aktivindəki belə xalların sayı 13 min 731-ə çatıb. O, bununla da İvo Karpoviçi arxada qoyub.
Bunadək rekorda sahib olan xorvatiyalı 13 min 728 eysin müəllifidir. O, karyerasını ötən il başa vurub.