IX tura yekun vuruldu
Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub. Turun son günündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.
9 turdan sonra “Sabah” və “Ordu” klubları maksimum nəticə ilə müvafiq olaraq “A” və “B” qruplarına başçılıq edirlər.
Qeyd edək ki, 9-cu turun “Sabah” – “Gəncə” oyunu, “Sabah” klubunun 16 dekabr Almaniyada basketbol üzrə Çempionlar Liqasında “Alba” klubuna qarşı baş tutacaq oyununa görə təxirə salınıb.













