İvankoviç yenidən millidə

İvankoviç yenidən millidə

Çin millisinin yeni baş məşqçisi müəyyənləşib. Asiya təmsilçisini Branko İvankoviç çalışdıracaq.

69 yaşlı xorvatiyalı mütəxəssis serbiyalı Aleksandar Yankoviçi əvəzləyib. Çin millisi Asiya kubokunda pley-off raunduna yüksələ bilməyib və bu üzdən mütəxəssisin müqaviləsinə xitam verilib.

İvankoviç 2010-cu ildə “Şandun Lunen”lə Çin çempionu adını qazanıb. Onun son iş yeri Oman millisi olub.

ETOPAZ

Əvvəlki yazı

Elmar Baxşıyevdən istefa

Növbəti yazı

Virts 50-yə çatdı