İtaliyadan Səudiyyə Ərəbistanına
Sergey Milinkoviç-Saviç “Latsio”nu tərk edəcək. O, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.
28 yaşlı serbiyalı yarımmüdafiəçi “Əl Hilal”ın təklifini qəbul edib. “Latsio”nun futbolçusunun keçidi baş tutsa, Sergey ildə 20 milyon avro qazanacaq. Lakin bunun üçün asiyalılar İtaliya klubunun da razılığını almalıdır. Ərəblər “Latsio”nun tələb etdiyi 40 milyon avronu ödəməyə də hazırdır.