İtaliyadan əzmkar qələbə
AVRO-2024-də mübarizə davam edir. Bu gün B qrupunda ilk tura yekun vurulub.
İtaliya Albaniya ilə qarşılaşıb. Görüşdə hesabı albanlar açıb. Nedim Bayrami 1-ci dəqiqədə fərqlənib. Lakin appenninlilər oyunda dönüş yaradmağı bacarıb. Alessandro Bastoni hesabı bərabərləşdirib. Daha sonra Nikolo Barella komandasını önə keçirib – 2:1.