İtaliyada ciddi itki

İtaliyada ciddi itki

UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya yığması aparıcı futbolçularından birini itirib. Almaniya ilə ilk oyundan sonra Rikardo Kalafiorinin zədələndiyi məlum olub.

22 yaşlı müdafiəçinin cavab matçında meydana çıxa bilməyəcəyi bəlli olub. O, doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə yekunlaşan oyunda dizindən zədələnib.

Qeyd edək ki, Almaniya – İtaliya cavab görüşü martın 23-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Şimanski A Seriyası yolunda

Növbəti yazı

“Sumqayıt”ın futbolçusu millidə fərqləndi