İtaliya yığmasının tarixinə düşdü
Cakomo Bonaventura xüsusi uğura imza atıb. O, İtaliya yığmasının tarixinə düşüb.
Futbolçu 34 yaşında milli komandanın heyətində ilk qolunu vurub. Bonaventura AVRO-2024-ün seçmə mərhələsində Maltanın qapısına yol tapıb. Bu uğur onun “Skaudra Azurra”nın heyətində keçirdiyi 15-ci oyuna təsadüf edib. Bonaventura İtaliya yığmasının heyətində debüt qolunu vuran ən yaşlı futbolçu olub.