İtaliya və Niderland milliləri Bakıya gələcək

İtaliya və Niderland milliləri Bakıya gələcək

Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək bütün qonaq komandalar bəlli olub. Azərbaycan millisinin də qatılacağı turnirə 14 komanda gələcək.

Qonaqlardan 12-si yığma, 2-si klubdur. Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq. Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıblar.

Ümumilikdə yarışa 16 komanda qatılacaq. Sonuncu iştirakçı ölkəmizi təmsil edəcək klub olacaq. Millimizlə birgə yarışda qüvvəsini sınayacaq bu komanda meydan sahibi kimi “vild-kard”a malikdir.

Qeyd edək ki, Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cəzalandırdı

Növbəti yazı

“Yuventus”da yeni müqavilə