İtaliya, Portuqaliya və Türkiyə üçün SON şans: PLEY-OFF NECƏ KEÇİRİLƏCƏK?

İtaliya, Portuqaliya və Türkiyə üçün SON şans: PLEY-OFF NECƏ KEÇİRİLƏCƏK?

Gələn il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatdı. Seçmə mərhələdən mundiala vəsiqə qazana bilməyən Avropa çempionu İtaliya, iddialı Portuqaliya, qardaş Türkiyədigər komandalar pley-offda mübarizə aparmağa məcbur olacaq.

Seçmə mərhələdən pley-offa yollanan 10 komandaya UEFA Millətlər Liqasından ən yüksək reytinqə malik daha 2 milli qoşulacaq. Bu komandalar Avstriya və Çexiyadı.

Noyabrın 26-da baş tutacaq püşkatmada pley-off iştirakçısı olan komandalar iki səbətə bölünəcək. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib. Qardaş Türkiyə millisi də səpələnməyib. Bu üzdən Ştefan Kuntsun yetirmələrini səfərdə çətin sınaq gözləyir.

Yeni reqlamentə əsasən 3 “dörlüy”ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında baş tutacaq. Yarımfinal bir matçdan ibarət olacaq. Yəni yarımfinalda qalib gələn milli komanda növbəti – final görüşündə də qələbə qazanmaqla mundiala vəsiqəni təmin edəcək. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.

Səpələnmişlər

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

Səpələnməmişlər

Türkiyə

Polşa

Şimali Makedoniya 

Ukrayna

Avstriya

Çexiya

Beləliklə 12 milli komanda Qətərdəki dünya çempionatına 3 vəsiqə uğrunda həlledici mübarizədə iştirak edəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Tsitsipas “ATP Finals”la vidalaşdı

Növbəti yazı

Zidan “Mançester Yunayted”i çalışdırmaqdan imtina etdi