İtaliya komandası finalda

İtaliya komandası finalda

İtaliyanın kişilərdən ibarət tennis komandası ardıcıl üçüncü dəfə Deyvis Kubokunun finalına yüksəlib. İtalyanlar yarımfinalda Belçikanı 2:0 hesabı ilə məğlub ediblər.

Matteo Berrettini Rafael Kollinyo üzərində 6:3, 6:4 hesabı ilə qələbə qazanıb. Flavio Kobolli Zizu Berqsi 6:3, 6:7, 7:5 hesabı ilə məğlub edib.

İtaliya 2023 və 2024-cü illərdə Devis Kubokunu qazanıb. 2023-cü ildə finalda Avstraliyanı 2:0, 2024-cü ildə isə Niderlandı 2:0 hesabı ilə məğlub edib.

Dördqat “Böyük Dəbilqə” çempionu və dünya ikincisi Yannik Sinner əvvəlki iki mövsümdə İtaliyanın heyətində oynayıb. O, 2025-ci ildə final mərhələsində oynamamağı seçib.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”da ciddi itki

Növbəti yazı

Palmer yenidən zədələndi