İtaliya klubunda yeni müqavilə
“Fiorentina” baş məşqçisi Vinçenso İtalyano ilə yeni müqavilə imzalayacaq. İtaliya klubu mütəxəssislə 2024-cü ilin yayına qədər anlaşma bağlayacaq.
Sözləşmə sonradan daha bir il müddətinə uzadıla da bilər. İtalyanonun illik maaşı 2 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən mövsüm A seriyasında 7-ci olan “Fiorentina” Konfrans Liqasına vəsiqə qazanıb.