İtaliya klublarından 25 ilin rekordu

İtaliya klublarından 25 ilin rekordu

İtaliyanın üç klubu avrokubokların finalına yüksəlib. “İnter”, “Roma” və “Fiorentina” kubok uğrunda mübarizə aparacaq.

Milan klubu Çempionlar Liqasında “Mançester Siti” ilə üz-üzə gələcək. Romalılar Avropa Liqasını qazanmaq üçün “Sevilya” ilə qarşılaşacaq. “Fiorentina” isə Konfrans Liqasının həlledici matçında “Vest Hem”lə görüşəcək.

İtaliya A seriyasının finalda üç klubla təmsil olunması son 25 ildə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 1997/98 mövsümündə yaşanıb. Həmin vaxt Çempionlar Liqasında “Yuventus”, UEFA kubokunda “İnter”lə “Latsio” finala çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Sevilya”dan rekord

Növbəti yazı

Çemberlenin rekordu təkrarlandı