İtaliya 63, İngiltərə 94 il sonra

İtaliya 63, İngiltərə 94 il sonra

Millətlər Liqasında IV turunun növbəti görüşləri keçirilib. Almaniya İtaliyaya, Macarıstan İngiltərəyə rəqib olub.

Hər iki görüşdə böyükhesablı nəticə qeydə alınıb. İtaliya Almaniyaya 5:2 hesabı ilə məğlub olub. “Skuadra Adzurra” 1957-ci ildən sonra ilk dəfə ən azı 5 top buraxaraq yenilib. Komanda sonuncu dəfə 65 il əvvəl Mərkəzi Avropa kuboku matçında keçmiş Yuqoslaviyaya uduzub – 1:6.

İngiltərə isə Macarıstana uduzub – 0:4. Britaniyalılar 94 ildən sonra öz meydanında belə uğursuzluqla üzləşib. İngilislər sonuncu dəfə 1928-ci ildə “Uembli”də Şotlandiyaya 1:5 hesabı ilə məğlub olmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Bissuma “Tottenhem”də

Növbəti yazı

Aslani “İnter”in hədəfində