İtaliya 5 ildən sonra ilk dəfə

İtaliya 5 ildən sonra ilk dəfə

İtaliya millisi son 5 ilin ən böyükhesablı məğlubiyyətini alıb. Roberto Mançininin komandası Finalissimada Argentinaya 0:3 hesabı ilə uduzub.

İtalyanlar sonuncu dəfə 2017-ci ilin sentyabrında üç top fərqi ilə uduzmuşdu. Həmin matçda apenninlilər İspaniyaya məğlub olmuşdu.

Qeyd edək ki, italyanlar futbol üzrə Avropa çempionatının, Argentina millisi isə sonuncu Amerika kubokunun qalibi olub.

e-Topaz

Əvvəlki yazı

Avropada mövsümün oyunçusu müəyyənləşdi

Növbəti yazı

“Mançester Yunayted”də müdafiəçilərin durumuna aydınlıq gəldi