İsveç yığmasında istefa
İsveç millisində ayrılıq yaşanıb. Yığmanın baş məşqçisi Yanne Andersson istefa verib.
Bunu İsveç Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb. 61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra postundan ayrılıb. Onun son matçı Estoniyaya qarşı olub. Bu görüşdə isveçlilər 2:0 hesablı qələbə qazanıb.












