İstanbul klubunda yeni baş məşqçi
“Başakşəhər”in yeni baş məşqçisi bəlli olub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə klubunu Çağdaş Atan çalışdıracaq. İstanbul təmsilçisi onunla anlaşıb.
43 yaşlı mütəxəssislə rəsmi müqavilə gələn həftə imzalanacaq. O, Əmrə Belözoğlunu əvəz edib. Qeyd edək ki, Atanın son klubu “Kayserispor” olub.