İstanbul derbisində qalib müəyyənləşmədi

İstanbul derbisində qalib müəyyənləşmədi

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. Lider “Qalatasaray” XIV turda səfərdə “Fənərbaxça” ilə üz-üzə gəlib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesab ilk yarıda açılıb. Leroy Sane qonaqları önə keçirib. “Fənər”in buna cavabı isə oyunun sonlarında gəlib. Con Duran komandasına bir xal qazandıran qolu vurub – 1:1

Qeyd edək ki, “Qalatasaray” 33 xalla turnir cədvəlinə liderlik edir. “Fənərbaxça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Ayın məşqçisi bəlli oldu

Növbəti yazı

Qerreyro üçün seçim