İstanbul derbisində hesab açılmadı
Bu gün Türkiyə Super Liqasında XXV tura yekun vurulub. Sonuncu oyun günündə İstanbul derbisi baş tutub.
“Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Matçın ilk yarısında “sarı-lacivərdlilər” fərqlənsə də, baş hakim qolu qeydə almayıb.
İkinci hissədə də tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.
“Qalatasaray” 25 turdan sonra 64 xalla liderdir. “Fənərbaxça” isə 58 xalla ikincidir.