İspaniyalı forvard “Nyukasl” yolunda
“Nyukasl” heyətini gücləndirmək niyyətindədir. Klub “Malaqa”nın forvardı Antonio Kordero ilə yaxından maraqlanır.
“Sağsağanlar” Korderonu heyətinə qatmağa çox yaxındır. İngiltərə təmsilçisi futbolçu üçün hansısa məbləğ ödəməyəcək.
Çünki forvardın İspaniya təmsilçisi ilə müqavilə müddəti bu yay başa çatacaq.












