MOK-un lX Hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası oldu
İspaniya və İtaliya 1/8 finalda
AVRO-2024-də 3-cü tur davam edir. Bu gün B qrupunda mübarizə sona çatıb.
İspaniya Albaniyanı sınağa çəkib. Görüşün taleyini yeganə qol həll edib. Ferran Torres komandasına qələbə qazandırıb – 1:0.
İtaliya isə Xorvatiya ilə qarşılaşıb. Oyunda hesabı “damalılar” açıb. Luka Modriç fərqlənib. Lakin appenninlilər son dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıb. Mattiya Zakkanya İtaliyanı qrup ikincisi edib – 1:1.
Bununla da, İspaniya və İtaliya 1/8 finala yüksəlib.