İspaniya və Almaniyanın növbəti sınağı, Xorvatiya Belçikaya qarşı

İspaniya və Almaniyanın növbəti sınağı, Xorvatiya Belçikaya qarşı

Bu gün DÇ-2022-də daha iki qrupda mübarizəyə yekun vurulacaq. E və F qruplarının komandaları çempionatın 12-ci günündə meydana çıxacaq.

Öncə F qrupunun matçları baş tutacaq. Avropa təmsilçiləri Xorvatiya və Belçika üz-üzə gələcək. Mərakeş isə 1/8 final şansı qalmayan Kanada ilə görüşəcək.

E qrupunda İspaniya Yaponiya ilə qarşılaşacaq. Qrupda qalmaq təhlükəsi ilə üzləşən Almaniya isə Kosta-Rika ilə münasibətlərini ayırd edəcək.

DÇ-2022

Qrup mərhələsi

III tur, 1 dekabr

F qrupu

19:00. Xorvatiya – Belçika

“Ahmad Bin Ali” stadionu

19:00. Kanada – Mərakeş

“Al Tumama” stadionu

E qrupu

23:00. Yaponiya – İspaniya

“Xalifa” stadionu

23:00. Kosta-Rika – Almaniya

“Al Bayt” stadionu

ETOPAZ

Əvvəlki yazı

1/8 finalın daha 2 cütü müəyyənləşdi

Növbəti yazı

Millinin hücumçusu “Bavariya”nın hədəfində