İspaniya Superkuboku Ciddədə keçiriləcək

İspaniya Superkuboku Ciddədə keçiriləcək

İspaniya Superkubokunun yarımfinal mərhələsinin təqvimi və oyun cədvəli açıqlanıb. Qarşılaşmalar növbəti dəfə Səudiyyə Ərəbistanında, Ciddədə keçiriləcək.

“Barselona” – “Atletik Bilbao” yarımfinalı 7 yanvar 2026-cı il tarixində, “Atletiko Madrid” – “Real Madrid” matçı isə ertəsi gün, yanvarın 8-də olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Turnirin finalı bazar günü, yanvarın 11-də baş tutacaq və hər iki yarımfinal kimi, saat 22:00-da başlayacaq. Hər üç qarşılaşma “Alinma” stadionunda keçiriləcək.

Superkubokun ötənilki sahibi “Barselona”dır. Ciddə artıq üçüncü dəfədir ki, İspaniya Superkuboku oyunlarına ev sahibliyi edir.

ETOPAZ

Əvvəlki yazı

Xordi Alba karyerasını başa vuracaq

Növbəti yazı

“Beşiktaş”ın yeni transfer hədəfi