İspaniya nəhəngləri ağır durumda
İspaniya nəhəngləri “Real” və “Barselona”nın basketbol klublarının maliyyə itkiləri bəlli olub. Son illər ərzində hər iki klub böyük zərərlə işləyib.
Ötən bir ildə “Real” 25,9 milyon avro ziyana düşüb. “Barselona”ya dəyən zərər daha ağırdır – 27,4 milyon.
İki klubun son 4 ildəki ümumi zərəri 203 milyon avro təşkil edib. Avropa basketbolunun nəhənglərini qarşıdakı bir ildə də müsbət dəyişikliklər gözləmir. Klubların birlikdə ödədiyi maaşların həcmi 68 milyon təşkil edir. Onların birlikdə cəmi 29 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.