İspaniya millisinin bir hissəsi Qətərdə qaldı

İspaniya millisinin bir hissəsi Qətərdə qaldı

DÇ-2022-də mübarizəni dayandıran İspaniya millisi mundialın keçirildiyi Qətəri tərk edib. Yığma Madridə tam heyətlə qayıda bilməyib.

10 futbolçu Dohada qalıb. Onlar burada olan ailələri ilə görüşərək məzuniyyətə yollanacaq. Bu futbolçular Jordi Alba, Marko Asensio, Dani Karvaxal, Alvaro Morata, Koke, Markos Lorente, Karlos Soler, Robert Sançes, Sesar Aspilikueta və Rodridir.

Qeyd edək ki, İspaniya qolsuz bitən matçda Mərakeşə penaltilər seriyasında 0:3 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

İsveçrə üçün 59 ilin antirekordu

Növbəti yazı

Mundialın keçirildiyi stadionun sökülməsinə başlandı