İspaniya millisində yeni müqavilə

İspaniya millisində yeni müqavilə

Luis de la Fuenta İspaniya futbol yığması ilə müqavilənin müddətini artırıb. Bu barədə ölkə futbol federasiyası məlumat yayıb.

Tərəflər arasındakı yeni razılaşma 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulub. La Fuenta “matadorlar”a 2022-ci ilin dekabrından başçılıq edir. İspaniya millisi onun rəhbərliyi ilə AVRO-2024-ün qalibi olub.

Qeyd ki, 64 yaşlı mütəxəssis bu vəzifədə Luis Enrikeni əvəzləmişdi.

ETOPAZ

Əvvəlki yazı

İnzagidən rekord

Növbəti yazı

“El Klassiko” İngiltərədə keçirilə bilər