İspaniya millisində daha bir zədə
İspaniya millisində daha bir itki baş verib. PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz “Yuventus”la oyunda zədələnib.
İddia olunur ki, ispaniyalı DÇ-2022-yə qədər oynaya bilməyəcək. Onun dünya çempionatında iştirakı sual altındadır. Ruiz, ayaq əzələsindən xəsarət alıb.