İspaniya klubları qrupda qaldı
Dünən keçirilən oyunlarla Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub. “Sevilya”dan sonra İspaniyanın digər təmsilçiləri “Barselona” və “Atletiko”nun da pley-off yolu bağlanıb.
İspaniyanı növbəti mərhələdən yalnız “Real” təmsil edəcək. Çempionlar Liqası tarixində ilk dəfə İspaniyanın 3 klubu (“Barselona”, “Atletiko”, “Sevilya”) qrupdan çıxa bilməyib. Üstəlik, hər üçü sona bir tur qalmış mübarizədən kənarlaşdırılıb.