İspaniya – ÇEMPİON!
Almaniyada keçirilən AVRO-2024-ə yekun vurulub. Qitə çempionatının final oyununda İspaniya və İngiltərə üz-üzə gəlib.
Qarşılaşmanın ilk 45 dəqiqəsi qolsuz bitib. Fasilədən sonra İspaniya qola sevinib. Niko Uilyams hesabı açıb.
İngiltərə status-kvonu bərpa edə bilib. Koul Palmer fərqlənib.
Matçın taleyini Mikel Oyarzabal həll edib. Onun son dəqiqələrdəki qolu İspaniyaya qələbə qazandırıb – 2:1.
Bununla da pireneylilər tarixində 4-cü dəfə Avropa çempionu olub. Bu, qitənin yeni rekordudur.
İspaniya 1964, 2008 və 2012-ci illərdə də Avropada hamıdan güclü olub. İngiltərə isə ardıcıl ikinci dəfə finalda uduzub.