İspaniya Almaniyaya, Xorvatiya autsayderə qarşı

İspaniya Almaniyaya, Xorvatiya autsayderə qarşı

DÇ-2022-nin 8-ci oyun günündə daha 4 oyun keçiriləcək. Bu matçlar qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq.

E və F qruplarının komandaları meydana çıxacaq. Yaponiya Kosta-Rikanı məğlub etsə, 1/8 finala yüksələ bilər. Bunun üçün İspaniyanın Almaniyaya uduzmamağı kifayətdir. Elə pireneylilər də 3 xal əldə etsə, yaponların uduzmamağından asılı olaraq qrupdan çıxa bilər. Almaniya isə uduzsa, asiyalıların xal qazanması Bundestimi qrupda saxlayacaq.

Digər qrupun lideri Belçika Mərakeşi məğlub etsə, növbəti mərhələyə yüksələcək. Son mundialın vitse-çempionu Xorvatiya isə autsayder Kanada ilə görüşəcək.

DÇ-2022

Qrup mərhələsi

II tur, 27 noyabr

E qrupu
14:00. Yaponiya – Kosta-Rika

“Ahmad Bin Ali” stadionu
F qrupu
17:00. Belçika – Mərakeş

“Al Tumama” stadionu
F qrupu
20:00. Xorvatiya – Kanada

“Xalifa” stadionu

E qrupu
23:00. İspaniya – Almaniya “Al Bayt” stadionu

ETOPAZ

Əvvəlki yazı

Argentinadan inamlı qələbə

Növbəti yazı

DÇ-2022-də dubl edən hücumçu “Latsio”nun hədəfində