İspaniya 17 ildən sonra dayandı
İspaniya millisinin qol seriyası qırılıb. “Buğalar” 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə oyununda qol vura bilməyib.
AVRO-2024-ün seçmə mərhələsinin II turunda Şotlandiya ilə görüşən pireneylilər 0:2 hesabı ilə uduzub. Buna qədər ardıcıl 38 matçın hamısında fərqlənən İspaniya 2006-cı ildən sonra ilk dəfə qolsuz qalıb.
Həmin vaxt “qırmızılar” İsveçə də 0:2 hesabı ilə uduzub. Bu müddətdəki 38 görüşdə İspaniya 100 qol vurub.