İskonun arzusu
La Liqanın 11-ci turunda “Betis” “Osasuna”nı məğlub edib – 2:1. Komandanın qalibiyyət qolunun müəllifi İsko matçdan sonra fikirlərini bölüşüb.
O, İspaniya millisinə qayıdacağına ümid etdiyini bildirib. Yarımmüdafiəçi 2019-cu ilin iyun ayından milli komandada çıxış etmir. İsko yığma barədə bunları deyib:
“Ümid edirəm ki, milliyə qayıda biləcəm. Bu, futbolçu üçün ən vacib şeydir. Çıxışımdan razıyam, amma milli komandaya dönməyim meydanda etdiklərimdən asılıdır. Bu baş versə, sevinərəm”.