İsko yenidən Marselo ilə komanda yoldaşı ola bilər
“Real”ın sabiq yarımmüdafiəçisi İsko hazırda klubsuzdur. O, karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.
30 yaşlı futbolçu ilə “Olimpiakos” maraqlanır. Həmçinin, Pirey təmsilçisinin heyətində İskonun keçmiş komanda yoldaşı Marselo da çıxış edir.