İsko üçün iki namizəd
“Real”dan ayrılan yarımmüdafiəçi İsko karyerasını La Liqada davam etdirəcək. Onun xidmətində “Betis” və “Sevilya” maraqlıdır.
Daha əvvəl “Roma”, “Qalatasaray” və “Nyukasl” ispaniyalıya “Real”da aldığına yaxın (illik 6 milyon avro) maaş təklif etmişdi. Qətərdən bir təklif hətta bu məbləği keçib. Amma İsko La Liqada qalmaq istəyir.
Nə “Betis”, nə də “Sevilya” ispaniyalıya yuxarıda adı çəkilən klubların ödəyə biləcəyi qədər pul ödəyə bilmir. Buna baxmayaraq, İskonun İspaniyada qalmaq üçün maaşını yarıya endirməyə hazır olduğu bildirilir.