İsko Səudiyyə Ərəbistanı yolunda
Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Yarımada klubları “Betis”in yarımmüdafiəçisi İsko ilə maraqlanır.
Söhbət “Əl Nəsr”, “Əl Əhli”, “Əl Hilal” və “Əl İttihad”dan gedir. İspaniyalının yeni müqaviləsində yer alan sərbəst qalma məbləği 20 milyon avrodur. Səudiyyəlilər İskonun özünə yüksək məvacibli müqavilə təklif etməyə hazırdır. Bildirilir ki, “Betis” liderini satmaqda maraqlı deyil.